Haqqımızda

OREL İnşaat MMC şirkəti artıq 1998-ci ildən bəri, inşaat sahəsində su təchizatı, istilik və soyutma sistemləri materiallarının geniş çeşidinin satışı, quraşdırma və servisini təşkil edir

Müəssisəmiz xaricdən gətirilən müasir dünya standartlarına cavab verən plastik borular, istilik sistemlərində istifadə edilən yüksək keyfiyyətli avadanlıqlar, o cümlədən, yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının, villaların isitmə sistemləri üçün kombilər, yüksək təzyiqə davamlı panel və dilimli radiatorlar, qazanxanalarda işlədilən müxtəlif tipli su qızdırıcıları, brüler, genləşmə çənləri, sirkulyasiya və yüksək verimli hidraforlu su nasosları və başqa materiallarla təmin olunması, quraşdırılması və satışdan sonra servisini təklif edir. Daim keyfiyyətə üstünlük verən, mal-material çeşidlərini yeniliyən işçi kollektivi ilə Sizləri mağazamızda görməkdən məmnun olarıq!

 

Qazanxana və Nasosxana xidmətləri

Radio Çıxışlar